9 uşaq anası ailəsini atıb eşqə düşdü FOTO


Digərləri 02 Dek 2017 13:06:00 248 0

9 uşaq anası ailəsini atıb eşqə düşdü  FOTO

9 uşaq anası Heydi Hepvort əri Endi Hepvortu və övladlarını ataraq Qambiya vətəndaşı, 30 yaşlı Saliu Mamadu Callounun yanına yollanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Heydi Hepvort indi Qambiyanın paytaxtı Banjuldadır.

"Atdığım addıma, qəbul etdiyim qərara görə əsla təəssüflənmirəm. Lütfən, məni yaramaz ana, bivec valideyn kimi təqdim etməyin. Sevgilimlə mütləq evlənəcəyik", - Heydi ona zəng vuran jurnalistlərə deyib.

23 illik nikahına son qoyan, 12 yaşlı sonbeşiyi ilə ayrılığı belə eyninə almayan Heydi indi bəxtəvər olduğunu söyləyib.

Son.az The Sun-a istinadən bildirir ki, H.Hepvort ötən ay ailəsini atıb və sevgilisinə qoşularaq Qambiyaya qaçıb.

Heydinin əri, Britaniya Kral Hərbi-Dəniz Qüvvələrinin sabiq zabiti Endi Hepvortun dediyinə görə, artıq sabiq arvadı barədə danışmaq belə, istəmir.