Sabah Azərbaycanda yağış yağacaq


Sosial 02 Dek 2017 11:09:51 264 0

Sabah Azərbaycanda yağış yağacaq

Bakıda 11 dərəcə isti olacaq

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın qərb rayonlarında sabah əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.