Gəncəyə olan aviareyslərdə problem yarandı: yubanır


Digərləri 02 Dek 2017 10:43:46 306 0

Gəncəyə olan aviareyslərdə problem yarandı: yubanır

İstanbul-Gəncə reysi qatı duman səbəbindən yubanıb.

Son.az report-a istinadən xəbər verir ki, Naxçıvan hava limanında eniş edən təyyarənin Gəncəyə uçuşu davam etdirməsi bir neçə saatlıq gecikib.

Qeyd edək ki, Türk Hava Yollarının İstanbul-Gəncə reysi ilə uçan təyyarə yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi.  Bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin açıqlamasına görə, AZAL-ın uçuşları qrafikə uyğun aparılır: "AZAL-ın bu gün qrafik üzrə Gəncəyə uçuşları yoxdur".

Rusiyada yağan güclü qar səbəbindən aviareyslərin gecikməsinə münasibət bildirən P.Kəsəmənski bildirib ki, artıq təyyarə "Vnukova" aeroportundan havaya qalxıb, "Domodedovo" aeroportundan isə bir qədər sonra uçuş başlayacaq: "Bizdə hər şey cədvələ uyğun gedir. Heç bir problem yoxdur".