Azərbaycanda məktəbli oğlan dərsə yubka ilə getmək istəyir


Digərləri 02 Dek 2017 10:45:00 335 0

Azərbaycanda məktəbli oğlan dərsə yubka ilə getmək istəyir

Psixoloq Gülnar Orucova təhsil eksperti Kamran Əsədovun bağçalarda, məktəbəqədər təhsil müəssisələrində, eləcə də orta məktəblərdə qadın müəllimlərin çox olmasının cinsi azlıqların artmasına səbəb olması haqda fikirlərinə münasibət bildirib.

Son.az axar.az-a istinadən Gülnar Orucovanın müsahibəsini təqdim edir:

- Gülnar xanım, sizcə, məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə qadın müəllimlərin çox olması cinsi azlıqların artmasına təsir edirmi? - Cinsi azlıqların artmasının səbəbi yalnız məktəbəqədər təhsil müəssisələrində, bağçalarda qadın müəllimlərin çox olması ilə əlaqədar deyil, ailədən qaynaqlanan məsələdir. Cinsi azlıqlar daha çox naramam ailələrdən çıxır. Həmçinin tərbiyə sistemi də burada mühüm rol oynayır. Hədsiz qoruyucu ailə tipi, avtoritar ailə tipi kimi modellər var. Belə ailələrdə uşaq fiziki cəzalarla dolu bir sistemə oturuşanda tədricən qorxmağa başlayır və belə vəziyyətdə ətrafda bundan istifadə etməyə çalışanlar olur.

- Ümumiyyətlə, kişi müəllimlərin uşaq psixologiyasına müsbət təsirləri varmı? - Peşəni sevdirməkdə, savadlı kadrların yetişdirilməsində kişi müəllimlər daha uğurlu olurlar. Sovet dövründə də belə idi. Qadın müəllimlər əgər uşağı elmə, biliyə tam yiyələndirə bilərsə, uşağın şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərməzlər. Ancaq deyə bilmərik ki, təhsil müəssisələrində qadınların olması cinsi azlıqların artmasına səbəb olur.