Moskva aeroportlarında qar yağdığı üçün 100 reys gecikib


Dünya 02 Dek 2017 10:35:10 267 0

Moskva aeroportlarında qar yağdığı üçün 100 reys gecikib

Aerodrom xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Moskvada güclü qar yağışı bu gün səhərdən davam edir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Moskva aeroportlarında gecikmə müşahidə olunan reyslərin sayı artır.

Aerodrom xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Səhər saatlarına olan məlumata görə, Moskva hava limanlarında, təqribən, 100 reysdə gecikmə olub, daha 6 reys, ümumiyyətlə, təxirə salınıb.

Ən çətin vəziyyət "Şeremetyevo" hava limanında müşahidə olunur. Burada 65 reysdə gecikmə var. "Domodedovo"da 31 reysdə gecikmə olduğu halada, 5 reys təxirə salınıb, "Vnukovo"da 9 reys gecikir, biri isə təxirə salınıb.