KİV: İsrail İranın Suriyadakı hərbi bazasını bombalayıb


Dünya 02 Dek 2017 10:16:26 267 0

KİV: İsrail İranın Suriyadakı hərbi bazasını bombalayıb

Bombalamdan sonra ərazidən güclü partlayış səsləri eşidilib

İsrail qırıcıları İranın Suriyadakı hərbi bazasını bombalayıb.

“Report” İsrailin “Haaretz” qəzetinə istinadən xəbər verir ki, hücuma məruz qalan hərbi baza ölkə paytaxtı Dəməşqdən 13 kilometr aralıda, əl Kisvayada yerləşir. 

Bombalamdan sonra ərazidən güclü partlayış səsləri eşidilib. Partlayışdan sonra bölgədə elektrik enerjisi kəsilib.

Məlumata görə, BMT-nin tanığıdı Suriya hökumətinə məxsus hərbçilər İsrail qırıcısına cavab atəşi açıblar. 

Hadisə ilə bağlı İran və Bəşşar Əsəd qüvvələri tərəfindən hələlik hər hansı açıqlama verilməyib. İsrail rəsmiləri də hücumla bağlı açıqlama verməkdən imtina ediblər.