Serj Sarqsyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib


Siyasət 02 Dek 2017 10:03:17 323 0

Serj Sarqsyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib

O, özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib. 

S.Sarqsyan işğal olunmuş ərazilərdəki separatçılarla ilin yekunlarına dair toplantı keçirib. Tədbirdə Ermənistan Silah Qüvvələrinin hərbçiləri də iştirak edib. 

S.Sarqsyanın Azərbaycan torpaqlarındakı işğalçı qüvvələrin hərbi hissələrinə də baş çəkəcəyi gözlənilir.