Fransada özünü terror qurbanı kimi qələmə verən şəxs azadlıqdan məhrum edilib


Dünya 02 Dek 2017 08:41:30 304 0

Fransada özünü terror qurbanı kimi qələmə verən şəxs azadlıqdan məhrum edilib

Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib

Fransanın Versal şəhər məhkəməsi 2015-ci ilin noyabrında Parisin "Bataklan" konsert zalına hücum zamanı özünü terrorçuların əməlindən zərər çəkmiş şəxslərdən biri kimi qələmə verən kişi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” "L'Express" nəşrinə istinadən xəbər verir ki, hücum zamanı o, hadisə yerində olub və mətbuata "hadisə şahidi" qismində çoxsaylı açıqlamalar verib.

Qeyd olunur ki, Terror Qurbanlarına Zəmanət Fonduna qarşı "dələduzluq cəhdi"nə görə, məhkəmə onu 1,5 ili şərti olmaqla 2 il müddətinə azadlıqdan məhrum edib.