Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Cəbrayıl və Füzulidə humanitar aksiya keçirəcək


Digərləri 01 Dek 2017 23:52:00 360 0

Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Cəbrayıl və Füzulidə humanitar aksiya keçirəcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək.

Son.az bildirir ki, Trend-ə Mərkəzdən verilən məlumata görə, aksiya 7-8 dekabr tarixlərində keçiriləcək.