Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib


Digərləri 01 Dek 2017 23:48:00 245 0

Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və uşaqları aidiyyəti üzrə təhvil veriblər.