"Serialı yalnız sevişmə, öpüşmə səhnələri ilə yadda saxlamaq..." aktrisa əsəbiləşdi


Digərləri 01 Dek 2017 21:52:00 610 0

"Serialı yalnız sevişmə, öpüşmə səhnələri ilə yadda saxlamaq..."  aktrisa əsəbiləşdi

Aktrisa Serenay Sarıkaya ötən gün proqramlardan birinə qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, "Puhu TV"də yayımlanan "Fi" serialında yer alan aktrisa açıq-saçıq səhnələri ilə bağlı ona ünvanlanan suallara hirsli cavab verib:

"Serialı yalnız sevişmə, öpüşmə səhnələri ilə yadda saxlamaq ədalətsiz olardı. Biz digər səhnələr üzərində daha çox işləyirik. Təəssüf  edirəm ki, belə xəbərlər çıxır. Bəsdirin, bu səhnələri bu qədər böyütməyə ehtiyac yoxdur".