Sumqayıt bulvarında pulsuz "WİFİ" quraşdırılacaq VİDEO


Digərləri 01 Dek 2017 21:26:00 297 0

Sumqayıt bulvarında pulsuz "WİFİ" quraşdırılacaq  VİDEO

Sumqayıt bulvarında pulsuz "Wİ-Fİ" quraşdırılacaq.

Son.az bildirir ki, yeni layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt Telekominikasiya Qovşağı tərəfindən həyata keçiriləcək. Artıq Sumqayıt sakinləri və şəhərə gələn qonaqlar Dənizkənarı bulvar ərazisində pulsuz internetdən istifadə edə biləcəklər. Bulvar ərazisinin internetlə təchiz olunması üçün nəzərdə tutulmuş avadanlıqlar hər 60 metrdən bir quraşdırılacaq. Pulsuz internetin mövcud olması burada asudə vaxtlarını səmərəli keçirən hər kəs üçün əlverişli olacaq.

Sumqayıt Dənizkənarı bulvar ərazisinin "İctimai İnternet" şəbəkəsinə daxil edilməsi gələn il üçün nəzərdə tutulub. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti beynəlxalq standartlara əsasən müəyyənləşdirilib. /xezerxeber.az