"Ətrafımdakılar hər zaman məni tənqid edir" Türkiyəli aktrisa VİDEO – FOTO


Şou-biznes 01 Dek 2017 20:54:00 409 0

"Ətrafımdakılar hər zaman məni tənqid edir"  Türkiyəli aktrisa   VİDEO – FOTO

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan türkiyəli aktrisa Pelin Sönməz maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, Pelin Sönməzi gözü götürməyən insanların hər zaman onu tənqid etməsinin arxasında, deyəsən, aktrisanın səmimiyyəti, sərbəstliyi və necə varsa, maska taxmadan hərəkət etməsi dayanır: "Həyatda necəsinizsə, elə o cür də davranmalısınız. Maskalanmağın və ya olmadığımız bir insan kimi davranmağın mənası yoxdur. Kamera önündə tamam fərqli bir görünüm alan biri deyiləm. Çünki bunu sünilik olaraq qiymətləndirirəm. Özüm olmadıqdan sonra və ya qarşımdakı insnanın məndən nə gözədiyini bilib onun istədiyini ona verdikdən sonra, onun istədiyi kimi olduqdan sonra, bu, artıq mən olmuram. Qarşımdakı insanın görmək istədiyi adam oluram. Ancaq olduğum kimiyəm". 

Adətən qala gecələrində açıq-saçıq geyimləri ilə hamının dilinə mövzu verən aktrisa əslində həyatda bu tip geyimlərdən ümumiyyətlə, uzaq olduğunu söylədi: "Ailəmdən çox çəkiliş meydançasındakıları görürəm. Həmin çəkiliş meydançasına idman üslubunda gələn də, oğlan uşağı kimi görünən də mənəm. İşim olanda və harasa gedəndə belə bəzənib düzənmirəm. Ona görə də hər zaman ətrafımdakılar məni tənqid edir. İnsanların gözü hər zaman sənin üstündədir, bir az özünə fikir ver, özünə qarşı etinasız olma, deyir dostlarım. Əgər söhbət qalalardan və ya hansısa özəl gecələrdən gedirsə, o zaman ora gündəlik geyimlə gedə bilmərəm. Mən bura da sadə geyimdə gələ bilməzdim. əgər adi gündəlik geyimdə gəlsəydim, hörmətsizlik olardı". 

Pelin Sönməzlə olan daha geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. 


Xəbərə aid fotolar