Yaponiya imperatorunun taxt-tacdan imtina edəcəyi tarix açıqlanıb


Dünya 01 Dek 2017 20:42:46 315 0

Yaponiya imperatorunun taxt-tacdan imtina edəcəyi tarix açıqlanıb

Akixito son 200 ildə taxtdan könüllü imtina edən ilk imperator olacaq

Yaponiya imperatoru Akixito 2019-cu il aprelin 30-da taxt-tacdan oğlunun xeyrinə imtina edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Sindzo Abe bildirib.

O, tacını varis şahzadə, 57 yaşlı Naruxitoya təhvil verəcək. İmperator xərçəng xəstəliyindən müalicə olunur. 

“Səhhətimdə yaranan problem vəzifələrimin icrasına mane olur”, - 83 yaşlı imperator bir müddət əvvəl vurğulamışdı.

Akixito son 200 ildə taxtdan könüllü imtina edən ilk imperator olacaq. Sonuncu dəfə 1817-ci ildə imperator Kukaku öz istəyi ilə taxt-tacdan əl çəkmişdi.

Yaponiya konstitusiyalı monarxiyadır. İmperator yapon xalqının birlik rəmzi sayılır. 2 min ildir Krizantem taxt-tacı atadan oğula ötürülür.