İşə tez getmək üçün YOLUN İŞARƏLƏRİNİ DƏYİŞDİRDİ VİDEO


Dünya 01 Dek 2017 20:42:00 298 0

İşə tez getmək üçün YOLUN İŞARƏLƏRİNİ DƏYİŞDİRDİ  VİDEO

Çinin şərqində Lianyungang şəhərində hər gün işə gedərkən  mindiyi avtobusun yol ayrıcında gözləməsindən bezən şəxs yol işarələrini dəyişdirməyə çalışıb.

Son.az faktxeber.com-a istinadən xəbər verir ki, onun bu hərəkəti təhlükəsizlik kameraları tərəfindən görüntülənib.

Nəqliyyatın istiqamətini dəyişmək üçün ağ boya ilə fərqli yöndə oxlar çəkən Cai baş verənlərlə əlaqədar polisə belə deyib: "Düz gedən avtobuslar  çox gözləməli idi. Ancaq solda dönsələr  yol həmişə boş olur. Nəqliyyatın yolunu dəyişdirsəm, hər gün işə daha rahat gedib-gələrəm, - deyə düşündüm".

Hüquqmühafizəçilər isə Cainin maşınların toqquşması ilə nəticələnəbiləcək çox təhlükəli bir iş gördüyünü və oxların  yönünün əvvəlki halına  gətirildiyini bildirib. 28 yaşlı Cai  1000 yuan (təqribən 150 dollar) cərimələnib.