Satışa 20 milyon manatlıq istiqraz çıxarılır


Digərləri 01 Dek 2017 19:24:00 225 0

Satışa 20 milyon manatlıq istiqraz çıxarılır

Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bakı. Ənvər Məmmədov - Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-ə BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır. Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin