Hadisə fransalı oğlanla eşq yaşayır Bacısı TƏSDİQLƏDİ FOTO


Dünya 01 Dek 2017 18:11:00 284 0

Hadisə fransalı oğlanla eşq yaşayır  Bacısı TƏSDİQLƏDİ  FOTO

Müğənni Hadisənin "Sıfır Tolerens" klipində kamera önünə keçən fransalı model Aurelien Muller ilə eşq yaşadığı iddia edilirdi.

Son.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hadisənin bacısı Hülya Açıkgöz eşq xəbərləri haqqında maraqlı açıqlama edib.

Qeyd edək ki, "Star TV"-də yayımlanan "Duymayan Kalmasın" proqramında 32 yaşlı müğənninin klipdə sevgilisini canlandıran Muller ilə Nyu-Yorkda tətilə yollandıqları deyilmişdi.

Gözəl ifaçı bu iddialar qarşısında səssiz qalmağa üstünlük vermişdi. Bir məkanın çıxışında görüntülənən Hadisənin bacısı Hülya Açıkgöz isə "Hadisə və Aurelien hal-hazırda tanışlıq mərhələsindədirlər. Hadisə xoşbəxt olacaqsa, niyə də olmasın?" deyərək cütlüyün birlikdə olduğunu ilk dəfə təsdiq etmiş olub. 


Xəbərə aid fotolar