Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək


Kriminal 01 Dek 2017 18:18:00 328 0

Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Möhtəşəm "Sirlər xəzinəsi" adlı layihə çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir  Qazax şəhərində keçiriləcək.

Azərbaycan  Respublikası Mədəniyyət və Turizm Nazirliyinin,Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının,Milli Konservatoriyanın birgə layihəsi  olan "Sirlər xəzinəsi"-nin növbəti tədbiri böyük  Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində dekabrın 4-də saat 15:00-da Qazax şəhərindəki Ədəbiyyat Muzeyində keçiriləcək.

Ədəbi-bədii  məclisdə Azərbaycan Atatürk  Mərkəzinin sədri, Milli  Məclisin üzvü, akademik  Nizami Cəfərov,Milli Kitabxananın direktoru,professor Kərim Tahirov,Azərbaycan Aşıqlar Birliyinin sədri,Əməkdar elm xadimi,professor  Məhərrəm Qasımlı,professor Rüstəm Kamal,Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri  professor Ənvər Əhməd,Azərbaycan Yazıçılar  Birliyi  Qazax bölməsinin sədri,şair Barat Vüsal tədbirdə çıxış edəcəklər.

Ədəbi-bədii məclis boyu İrəvan  Dövlət Azərbaycan Teatrının  aktrisası,filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə  Eldarqızının  ifasında şairin lirik şerləri səslənəcək,qəzəllərindən və qoşmalarından ibarət musiqi nömrələri,aşıq havaları ifa ediləcək.