Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak edəcək


Digərləri 01 Dek 2017 17:51:00 219 0

Fuad Muradov 4-cü  Dünya İnternet Konfransında iştirak edəcək

Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak etmək üçün Çinin Vuzhen şəhərinə səfər edəcək.

Bakı. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak etmək üçün Çinin Vuzhen şəhərinə səfər edəcək. Trend-in məlumatına görə, komitə sədri “Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə “Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdən olacaq. Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq. F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək. Bununla yanaşı səfər zamanı “Ümumdünya Çin Gənclər təşkilatı ilə” də görüşün keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, səfərdə “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının baş katibi Aytən Əliyeva da iştirak edəcək. Səfər dekabrın 6-da başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin