Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir - VİDEO


Siyasət 01 Dek 2017 17:31:53 289 0

Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir - VİDEO

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.