Qarabağda erməni hərbçilər döyüldü


Dünya 01 Dek 2017 16:41:00 278 0

Qarabağda erməni hərbçilər döyüldü

İşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.

Son.az report-a istinadən xəbər verir ki, tankəleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində gözündən xəsarət alıb. Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağrılmış əsgərlər tərəfindən döyülüb.

Xəsarət alan R.Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində