Elvira 9 ildir çalışdığı kanaldan ayrıldı


Şou-biznes 01 Dek 2017 16:46:00 410 0

Elvira 9 ildir çalışdığı kanaldan ayrıldı

Aparıcı Elvira İsmayılova ATV-dəki fəaliyyətinə son qoyub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, əvvəl kanalda, sonra isə 106.3 FM-də fəaliyyətini davam etdirən aparıcı bu haqda özü xəbər verib:

"Sağollaşmağı sevmirəm. Göz yaşardacaq sözlər yaza bilmirəm, xasiyyətim də icazə vermir. Amma bu o demək deyil ki, hiss etmirəm. Əziz ATV, səninlə hiss etdiklərim üçün təşəkkürlər. 7 ildir çalışdığım 106.3 FM və 1 ildir işlədiyim 106 FM radiosundan ayrıldım. 9 ildir mənimlə birlikdə çalışan, yardım edən və üzərimdə əməyi olan hər kəsə təşəkkürlər".