Anar Nağılbazın anası: "Onların başqa dərdi vardı, məndə də faktlar var"


Digərləri 01 Dek 2017 15:57:00 457 0

Anar Nağılbazın anası: "Onların başqa dərdi vardı, məndə də faktlar var"

Son günlər repçi Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta sənətçinin intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca isə repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib. 

Bu gün səhər isə repçinin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı cebhe.info-ya repçinin anası Şərqiyyə Cəbiyeva danışdı. O, oğlunun adı ətrafında yaranan söz-söhbətlərə hüquq yolla cavab verəcəklərini deyib.

-Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb? -Bəli qızım, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyrik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq. 

-Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu? -Qızım, hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur. 

-Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı? -Anar mənim oğlumdur. Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın. Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur-red) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan köməklik göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayını bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik də, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb.  Nəvələrimi nə qədər çox istəyirəm. Məktəb ləvazimatları hamısı bizim öhdəmizdədir. Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü. 

-Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır? -Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə bunların başqa dərdləri vardı.