Nardaran ən yüksək rabitə və internetlə təmin olunacaq


Digərləri 01 Dek 2017 14:22:30 280 0

Nardaran ən yüksək rabitə və internetlə təmin olunacaq

Tezliklə Nardaran sakinləri keyfiyyətli multimedia xidmətləri ilə təmin olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") telekommunikasiya infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini mərhələli şəkildə davam etdirir. İkinci mərhələdə Nardaran-Maştağa yolundakı "Qayaüstü" adlanan ərazidə NGN tipli EATS quraşdırılıb ki, burada 384 nömrə tutumlu və portlu müasir avadanlıqlarla əhaliyə rabitə xidmətləri göstərilir.

Yeni EATS-da şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq hava-rabitə xətləri zədəyə davamlı müasir standartlara cavab verən kabellərlə əvəz olunub və yeraltı kabel-kanal infrastrukturuna köçürülüb.