Dağıstanlı MMA çempionu öz qanını axıtdı


İdman 01 Dek 2017 14:30:00 362 0

Dağıstanlı MMA çempionu öz qanını axıtdı

Qarışıq döyüş sənətləri (MMA) üzrə Dağıstan çempionu Akim Quliyev istintaq təcridxanasında özünə xəsarət yetirib edib. Goal.az xəbər verir ki, insident Mahaçqalada baş verib. Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib. Qohumları Quliyevin polis işgəncələrinə məruz qaldığı üçün qarın nahiyəsini doğradığını bildirib. Bir müddət əvvəl tanınmış MMA döyüşçüsü Həbib Nurmaqemedov da dövlət qurumlarına müraciət edərək, dostu Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işgəncəsindən qorunmasını tələb edib.

Quliyevin Dağıstanın Rutulski rayonunun icra hakimiyyətinin binasını yandırmaqda şübhəli bilindiyi üçün həbs olunduğu söylənilir. Lakin idmançının qohumları ittihamı qəbul etmirlər.