Nizami və Mirhüseyn futboldan ömürlük uzaqlaşdırıldı - RƏSMİ


İdman 01 Dek 2017 13:57:00 316 0

Nizami və Mirhüseyn futboldan ömürlük uzaqlaşdırıldı - RƏSMİ

Bu gün AFFA İntizam Komitəsinin xüsusi iclası keçirilib.

Son.az goal.az-a istinadən xəbər verir ki, iclasda "Keşlı" klubundan uzaqlaşdırılan Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı məsələyə baxılıb və qərar verilib:

"İclasda Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər".