Ancelinaya bənzəmək istəyən Səhər canlı skeletə çevrildi FOTO


Digərləri 01 Dek 2017 13:28:00 359 0

Ancelinaya bənzəmək istəyən Səhər canlı skeletə çevrildi  FOTO

İranın paytaxtı Tehranda yaşayan 22 yaşlı Səhər Təbar nəyin bahasına olursa-olsun, Hollivud ulduzu, məşhur amerikalı aktrisa Ancelika Coliyə bənzəməyə çalışır.

Son.az Sudinfo-ya istinadən bildirir ki, A.Coliyə bənzəmək üçün 50 plastik cərrahiyə əməliyyatına məruz qalan Səhər indi məşhur aktrisaya yox, zombiyə oxşayır.

Səhər İnstagram-da fotolarını və videolarını paylaşmağı çox sevir. Onun İnstagram profilinin 493 min daimi təqibçisi var.

"Həyatda əsas məqsədim pərəstiş etdiyim Ancelina Coliyə bənzəməkdir. Bunun üçün hələ çox çalışmalıyam", - söyləyən Səhər "məqsədə çatmaq" üçün 40 kq arıqlayaraq az qala "canlı skelet"ə çevrilib.