15 yaşında doğum edən ana: "Məktəbə gedəndə qarnım böyümüşdü" FOTO


Digərləri 01 Dek 2017 12:11:00 312 0

15 yaşında doğum edən ana: "Məktəbə gedəndə qarnım böyümüşdü"  FOTO

15 yaşında ana olan Kaiya Acton mətbuata açıqlama verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, o, ən böyük arzusunun aparıcılıq etmək olduğunu açıqlayıb.

Kaiya uşağı 15 yaşı tamam olduqdan 3 gün sonra doğub. O, oğluna Dean adını verib.

"Hamiləlik testi edən zaman hamilə olacağım barədə şübhəm yox idi. Lakin bir müddət sonra səhərlər ağrılar hiss etməyə başladım. Daha sonra hamilə olduğumu öyrəndim. Bunu atama necə açıqlayacağımı bilmirdim. Çox qorxurdum. Əvvəlcə bu xəbəri anamla bölüşdüm. O, mənə xeyli məsləhət verdi. Daha sonra atamın yanına getdim, onu qucaqladım. Atamı məyus etmək istəmirdim. Valideynlərim bunu normal qarşılamadı. Lakin azyaşlı olduğuma görə bunu normal qəbul edirdim. Onlar bir müddət sonra mənə dəstək oldular.

Məktəbə gedəndə qarnım böyümüşdü. Hər kəs mənə qəribə baxırdı. Təbii ki, məktəbli geyimində hamilə çox qeyri-adi görünür".


Xəbərə aid fotolar