Milli Məclisin plenar iclası başlayıb


Digərləri 01 Dek 2017 12:01:49 126 0

Milli Məclisin plenar iclası başlayıb

İclasın gündəliyinə 31 məsələ daxildir

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi keçirilən iclasın gündəliyinə 31 məsələ daxildir.

İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.

O.Əsədov bildirib ki, dövlət tədbirlərinin keçirilməsi ilə əlaqədar büdcə zərfi ilə bağlı təkliflərin cavablandırılması günün ikinci yarısında olacaq.