Vidadi Zeynalovun ailə üzvlərinin kassasiya şikayəti icraata götürüldü


Digərləri 01 Dek 2017 12:02:14 337 0

Vidadi Zeynalovun ailə üzvlərinin kassasiya şikayəti icraata götürüldü

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvlərinin mülklərlə bağlı verdiyi kassasiya şikayət icraata götürülüb.

Son.az report-a istinadən xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin ilkin baxış tarixi isə hələlik məlum deyil.

Qeyd edək ki, V.Zeynalov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib.