Terrorçuların Pakistanda universitetə hücumu nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB


Dünya 01 Dek 2017 11:20:00 271 0

Terrorçuların Pakistanda universitetə hücumu nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB

Hadisə ölkənin şimal-şərqində yerləşən Peşavar şəhərində baş verib

Terrorçuların Pakistanın şimal-şərqində yerləşən Peşavar şəhərində fəaliyyət göstərən Aqrar Universitetə hücumu nəticəsində azı 9 nəfər həlak olub, 37 nəfər yaralanıb. 

“Report” “dawn”a istinadən xəbər verir ki, bunu yerli xəstəxanadan bildiriblər.

*** 09:42

Pakistanın şimal-şərqində yerləşən Peşavar şəhərində fəaliyyət göstərən Aqrar Universitetin həyətində naməlum silahlı şəxs ətrafdakılara atəş açıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Mənbənin sözlərinə görə, polis və hərbçilər universitetin ərazisini mühasirəyə alıblar: “Kampusdan partlayış səsləri eşidilib”.

Atəş nəticəsində azı 5 nəfərin yaralandığı bildirilib.