XİN başçısı: "Azərbaycan bütün sahələrdə Əfqanıstana dəstək verməyə davam edəcək"


Siyasət 01 Dek 2017 11:04:20 325 0

XİN başçısı: "Azərbaycan bütün sahələrdə Əfqanıstana dəstək verməyə davam edəcək"

"Asiyanın qəlbi" - İstanbul prosesi platforma kimi səmərəliliyini sübut edib"

"Asiyanın qəlbi" - İstanbul prosesi Əfqanıstandakı sülhə, sabitliyə və tərəqqiyə nail olmağa yardım edən platforma kimi səmərəliliyini sübut edib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

"Əfqanıstanın gələcəkdə region üçün çox şey təklif edəcəyinə inanırıq. Bu gün sülhməramlılarımız Əfqanıstandadır. Azərbaycan tranzit dəhlizi olmaqla, Əfqanıstanın bölgə ilə əlaqələrini dəstəkləyir", - E.Məmmədyarov bildirib.

O vurğulayıb ki, Azərbaycan bütün sahələrdə Əfqanıstana dəstək göstərməyə davam edəcək.

Azərbaycan XİN başçısı Bakı Bəyannaməsində Əfqanıstan ilə bağlı vahid mövqe əks etdiriləcəyinə ümidvar olduğunu söyləyib.