Nail Allahverdiyevin məhkəməsinə jurnalistlər buraxılmadılar


Kriminal 01 Dek 2017 10:56:00 316 0

Nail Allahverdiyevin məhkəməsinə jurnalistlər buraxılmadılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq. 

Lakin məhkəmənin qapısından əsgər postunda jurnalistlər binaya buraxılmayıb. Polislər də media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmamasına rəhbərlikdən tapşırıq verilib.