Səlim Müslümov: "Biz sağlam millətik"
Sosial 01 Dek 2017 10:57:49 309 0
"Əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır"
"Azərbaycan əhalisinin 6 faizinin sağlamlıq imkanları məhduddur, bu, dünyada çox aşağı göstəricilərdən biridir".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.
O bildirib ki, ümumiyyətlə Azərbaycan əhalisi sağlam əhalidir: "Bizim millət sağlam millətdir. Azərbaycan əhalisi nisbətən gənc əhalidir. Azərbaycanda əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır" .
Mənbə: report.az