Əfqanıstan prezidenti: "Azərbaycan sülhməramlıları təhlükəsizliyimizə töhfə verir"


Siyasət 01 Dek 2017 10:38:54 224 0

Əfqanıstan prezidenti: "Azərbaycan sülhməramlıları təhlükəsizliyimizə töhfə verir"

Əşrəf Qəni: "İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə müqavilələrin imzalanmasını səbirsizliklə gözləyirəm"

"Azərbaycan sülhməramlıları təhlükəsizliyimizə töhfə verir. Azərbaycan Prezidentinin təhlükəsizlik məsələlərində dəstəyi artırmağa hazır olmaları barədə bəyanatını alqışlayırıq".

"Report" xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Əfqanıstana texniki dəstəyin ən yaxşı formasını təklif edir.

"İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə müqavilələrin imzalanmasını səbirsizliklə gözləyirəm", - Ə.Qəni söyləyib.