Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb


Siyasət 01 Dek 2017 10:20:01 223 0

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Fonda 87.032.400,63 AZN, 212.873,88 ABŞ dolları, 9236,0 avro və 5000,0 rubl vəsait yığılıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 1 dekabr 2017-ci il tarixədək fonda 87.032.400,63 AZN, 212.873,88 ABŞ dolları, 9236,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.