Məşhur filmin təqdimatında Kamrana hörmətsizlik


Kriminal 01 Dek 2017 10:19:00 289 0

Məşhur filmin təqdimatında Kamrana hörmətsizlik

Xəbər verdiyimiz kimi, dünən Bakıda "Kardeşim benim 2" filminin təqdimatı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təqdimata filmin baş rol ifaçılarından yalnız Burak Özçivit qatılıb. Onunla birgə kinonun iki xanım ulduzu da Bakıya təşrif buyurub. 

Maraqlıdır ki, azərbaycanlı aktyor Kamran Ağabalayev ekran işinə çəkilsə də, təqdimatda iştirak etməyib. Buna səbəb isə aktyorun premyeraya dəvət olunmamasıdır. 

Sosial şəbəkələrdə Kamran Ağabalayevə olan hörmətsizlik müzakirələrə səbəb olub və buna görə təşkilatçılar sərt tənqid edilib. 


Xəbərə aid fotolar