Qaradağda minik və yük maşınları toqquşdu


Digərləri 01 Dek 2017 09:41:00 191 0

Qaradağda minik və yük maşınları toqquşdu

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Mitsubishi" markalı minik avtomobili yol kənarında dayanmış "Kamaz" markalı yük maşınına çırpılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Sürücü aidiyyəti üzrə təhvil verilib. ​