Uzun romanlar oxumağı sevməyənlər üçün 10 QISA ƏSƏR FOTO


Digərləri 01 Dek 2017 07:07:00 252 0

Uzun romanlar oxumağı sevməyənlər üçün  10 QISA ƏSƏR  FOTO

Uzun əsərlər oxumaq üçün vaxtınız və səbriniz yoxdursa, bunu bəhanə edərək mütaliədən uzaqlaşmamalısınız. Çünki dünya ədəbiyyatında çox zaman tələb etməyən əsərlər də var.

Son.az qısa zamanda oxunmasına baxmayaraq, oxucunu uzun müddət təsirində saxlayan əsərləri təqdim edir.

1. "Sehrli ev" - Virciniya Vulf Təxminən 700 sözdən ibarət bu əsər V.Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. "Sehrli ev" iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.

2. "Filin güllələnməsi" - Corc Oruel Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.

3. "İldırımın səsi" - Rey Bredberi Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun "İldırımın səsi" əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və "kəpənək effekti" adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.

4. "Bülbül və qızılgül" - Oskar Uayld Oskar Uayld "Bülbül və qızılgül"də sevgi və fədakarlıq mövzusuna daha ciddi yanaşaraq nağılvari üslub seçmişdir. Özünü sevgi uğrunda qurban verməyə hazır olan bülbül nağıllarda rast gəlinən bir xarakter olsa da, sevgililər tamamilə gözlənilməz yollara addım atır.

5. "Kilimancaro qarları" - Ernest Heminquey "Kilimancaro qarları" Hari adlı yazıçının xanımı ilə Afrikada səyahətdə olan zaman qanqrenadan ölməsindən bəhs edir. Heminqueyin "itirilmiş nəsli"nin nümayəndəsi olan Hari sevgisiz və xoş güzəran xatirinə ailə qurduqdan sonra bütün həyatı və istedadı məhv olur.


Xəbərə aid fotolar