İsraildə naməlum şəxsin hücumu zamanı 19 yaşlı gənc öldürülüb


Dünya 01 Dek 2017 04:48:56 293 0

İsraildə naməlum şəxsin hücumu zamanı 19 yaşlı gənc öldürülüb

Hadisə ilə əlaqədar Arad və onun ətrafında postlar qurulub

İsrailin cənubundakı Arad şəhərində naməlum şəxsin hücumu zamanı 19 yaşlı gənc öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Haaretz" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə avtobus dayanacağında olub. Cinayətkar gizlənib, polis onun axtarışına başlayıb.

Qeyd edilir ki, polis hadisəyə terror aktı kimi baxır. "Polisin Araddakı hücumla bağlı təhqiqatının əsas istiqaməti terror aktından ibarətdir", - deyə hüquq-mühafizə orqanlarının mətbuat katibi Miki Rozenfeld "Twitter"də yazıb.

Hadisə ilə əlaqədar Arad və onun ətrafında polis postları qurulub.