Zimbabve prezidenti yeni hökumət formalaşdırıb


Dünya 01 Dek 2017 03:44:57 304 0

Zimbabve prezidenti yeni hökumət formalaşdırıb

Onun fərmanı ilə yenidən 22 nazir təyin edilib

Zimbabve prezidenti Emmerson Mnanqaqva yeni hökumət formalaşdırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, daha əvvəl - bazar ertəsi əvvəlki Nazirlər Kabinetini buraxıb və daimi Nazirlər Kabinetinin təyinatına qədər işləməli olan müvəqqəti hökuməti təyin edib.

Onun fərmanı ilə yenidən 22 nazir təyin edilib. Ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini general-mayor Sibusiso Moyonu tutub. Keçmiş prezident Robert Muqabenin hakimiyyəti dövründə maliyyə naziri və iqtisadi inkişaf naziri vəzifəsini icra edən Patrik Çinamas öz vəzifəsində qalıb.

Müdafiə naziri vəzifəsinin səlahiyyətlərini isə sabiq dövlət başçısı Muqabenin hakimiyyəti dövründə Dövlət Təhlükəsizliyi İdarəsinə başçılıq etmiş Kembo Moxadini icra edəcək.

Qeyd edək ki, ölkənin 93 yaşlı Robert Muqabe keçən həftə hərbçilərin və hakim partiya rəhbərliyinin təzyiq altında istefaya gedib.