Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər


Dünya 01 Dek 2017 02:07:18 294 0

Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər

"San-Xuan"ın 44 dənizçisi həlak olmuş sayılır

Argentinanın "San-Xuan sualtı qayığının heyət üzvlərinin xilasetmə əməliyyatı başa çatıb. Bundan sonra qayığın axtarışı davam etdiriləcək.

"Report" "En Espanol"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmi nümayəndəsi Enrike Balbi keçirdiyi xüsusi mətbuat konfransında bildirib.

"Xilasetmə əməliyyatı qurtarıb, indi sualtı qayığın axtarışları davam edir", - deyə Balbi qeyd edib. Beləliklə, "San-Xuan"ın 44 dənizçisi həlak olmuş sayılır.

O, qeyd edib ki, bütün səylərə baxmayaraq, axtarış zonasında qayığın qəzaya uğraması ilə bağlı heç bir sübut tapılmayıb.

Xatırladaq ki, sualtı qayıq noyabrın 17-də itib.