Günün qoroskopu: necə davranmağınızdan bu gün çox şey asılıdır


Digərləri 01 Dek 2017 00:01:00 589 0

Günün qoroskopu: necə davranmağınızdan bu gün çox şey asılıdır

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Vacib görüşləri və danışıqları, yaxşı olar ki, səhər çağına planlaşdırasınız - məhz bu dövr diqqətəlayiq məsələlərin müzakirəsi üçün daha uğurludur. Eyni zamanda, maliyyə və əmlak məsələlərini həll edə, büdcəni planlaşdıra, lazım gələrsə, kredit götürə bilərsiniz. Günün ortası isə müstəqil intellektual fəaliyyət üçün münasibdir. Cari işləri və uzun-uzadı layihələri bir kənara qoyub, doğrudan da, vacib olan problemləri həll etməyə çalışın. 

Axşam isə gözlənildiyindən daha çətindir. Emosional fon sabit deyil, adətən, sakit və təmkinli olan insanlar bu gün hisslərini gizlədə bilmirlər. Kaprizlərə, ötəri həvəslərə isə çox əhəmiyyət verilir. 

Buğa - Qeyri-formal ünsiyyət üçün münasib gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz. Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər. Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə, lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını yenib, mübahisələrə son qoya biləcəklər.

Əkizlər - bu gün baş verən hadisələr özlüyündə xırda və əhəmiyyətsiz olsa da, nədənsə onları ürəyinizə salırsınız. Bu səbəbdən həyəcanlarınız və narahatlığınız get-gedə artacaq. Mənəvi tarazlığı alkoqollu içki sayəsində düzəltməyə cəhd göstərməyin, bu, vəziyyəti düzəltməyəcək. Sizin dərmanınız, bilirsiniz, nədir? - Ünsiyyət! Dostlarınıza zəng çatmır? Sadəcə, ağıllı və maraqlı hesab  etdiyiniz birinə ürəyinizi boşaldın. Günün ikinci yarısı çox qiymətli məlumat alacaq və onu öz mənafeyiniz üçün istifadə edəcəksiniz.

Xərçəng - bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Xərçənglər bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq. Faydasız danışıqlar zəhlənizi tökəcək. Ən pisi isə ətrafınızdakıların belə söhbətlərin sadəcə vaxt itkisi ollmasını anlamamaq istəyidir. Bu səbəbdən münaqişqələr yarana bilər.

Şir - günün başlanğıcı o qədər də xoş olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın.  Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə edərək şəxsi həyatınıza düzən verməyə çalışın. 

Qız - Birmənalı gün deyil, özünüzü ora-bura vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir, ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir, nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox gözlətməyəcək. Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi, məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.