Kəşf olunan yeni planetdə canlı həyat varmı?


Digərləri 30 Noy 2017 23:33:00 274 0

Kəşf olunan yeni planetdə canlı həyat varmı?

Elm adamlarının son kəşfi Yer kürəsinə 11 işıq ili uzaqlıqda olan planetdə canlı həyatın olub-olmama ehtimalını gündəmə gətirib. Son.az publika.az-a istinadən xəbər verir ki, argentinalı elm mütəxəssisləri Günəş sisteminin xaricində həyatın olub-olmayacağı sualının cavabını tapmaq üçün yeni kəşf edilmiş "Ross 128b" planetinin daha detallı araşdırılmasının lazım olduğunu bildirib. Avropa Cənub Rəsədxanasının (ESO) astronomlarının kəşf etdiyi bu planetin isti iqlimə sahib olduğu və "Qırmızı cücə" adlandırılan ulduzlardan birinin ətrafında hərəkət etdiyi bildirilib. Araşdırma qrupunda olan elm adamı Rodriqo Dias planetin daha öncədən kəşf edildiyini, lakin dəqiqləşdirilməsi üçün uzun müddət müşahidə aparıldığını deyib. O, planetin ətrafında fırlandığı ulduzun Günəşə nisbətən daha kiçik və zəif olduğunu qeyd edib: "Kəşfimiz ulduzun ətrafında Yer kürəsinə nisbətən 1,4 qat daha ağır olduğu təxmin edilən bir obyektivdir. Planetin üzərindəki istilik orada maye halında suyun olmasına işarədir. Təxminlərdən iddialara keçmək üçün planetin atmosferini daha detallı şəkildə araşdırmaq lazımdır. Ulduza yaxın olmağımız 15 il içində bu planetin atmosferini ölçmək və səthindəki geoloji aktivliyi göstərən molekulların olub-olmadığını təsbit etmək imkanımızın olduğunu göstərir".