Təbii qazdan istifadədə limiti keçənlərə –


Digərləri 30 Noy 2017 23:03:00 302 0

Təbii qazdan istifadədə limiti keçənlərə –

Mavi yanacağa görə istehlakçıların il ərzində keçdiyi limit yeni ildən sıfırlanacaq.

Son.az azvision.az-a istinadən bildirir ki, bu barədə  "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Qurum rəsmisi xatırladıb ki, Tarif Şurasının 22 dekabr 2016-ci il tarixli, 19 nömrəli qərarına uyğun olaraq sərf edilən təbii qazın dəyərinin 1700 kubmetri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır:

"Qərar 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu il ərzində keçilən limit yeni ildən sıfırlanacaq. 2018-ci ildə 1700 kubmetr təbii qazın hər kubmetr dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq sərf edilən təbii qazın dəyəri isə hər kubmetr üçün 20 qəpiklə hesablanacaq".