Ana bətnində uşağı necə tərbiyə etməli?


Digərləri 30 Noy 2017 23:05:00 277 0

Ana bətnində uşağı necə tərbiyə etməli?

Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin bir az sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. "Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər.

Peyğəmbərimiz isə "aparın bu uşağı artıq onun üçün gecdi" demişdi.

Son.az lent.az-a istinadən xəbər verir ki,  çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsini nəzərdə tutmuşdu. Hətta dində də Allah uşağa ana bətnində 2 ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli, artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün, doğulanda belə, dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə, öz münasibətini ən azı ağlamaqla göstərir. Amma ana bətnində tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.

ABŞ-da "baby shine" adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və psixoloji mərkəzlərdə, klinikalarda belə uğurla istifadə olunur. Bu, ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə, bu barədə körpəsinə raport verir: "Ana indi ataya yemək verməyə mətbəxə gedir", "bir az darıxdıq, gəl, gedək televizora baxaq", "Ata əsəbidi, gəl, onu güldürək". Bu metod uşaqlarda intellektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur.

Çox yaxşı olardı anamız özünə hamiləlik boyu qeyd edə biləcəyi bir dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: "1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun. 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s."

Mümkün olsa, göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şifonerin üstünə və hər dəfə yanından keçəndə oxusun, yadına düşdükcə əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 dənəsini əlavə edərək yapışdırsın. Bu, hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.