Mafiya Konor Makqreqoru ölümlə hədələdi:


Digərləri 30 Noy 2017 23:06:00 307 0

Mafiya Konor Makqreqoru ölümlə hədələdi:

İrlandiyalı döyüşçü Konor Makqreqor onu təhdid edən mafiyaya mesaj ünvanlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, onun sözlərini The Independent nəşri sitat gətirib.

"Gəlin və götürün məni", - Makqreqor jurnalistlərin Kinaxanov klanı ilə mümkün problemlər barədə suallarını cavablandırarkən deyib.

Kriminal ekspert Pol Uilyams bildirib ki, cinayətkar qruplaşma ilə əlaqəli olan 50 yaşlı kişini döydüyü üçün Makqreqoru ölümcül təhlükə gözləyir.

Hadisə Dublin yaxınlığında kafelərin birində baş verib.