Saakaşvili Ukraynada daha dörd ay qala biləcək


Dünya 30 Noy 2017 22:36:00 294 0

Saakaşvili Ukraynada daha dörd ay qala biləcək

Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb.

Son.az modern.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili məlumat verib.   Keçmiş qubernator bildirib ki, Ukraynanın Miqrasiya Xidməti onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzadıb.   Qeyd edək ki, M.Saakaşvili bundan əvvəl Ukrayna Miqrasiya Xidmətindən onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənəd alıb.