Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan SADƏ ÜSUL


Digərləri 30 Noy 2017 22:05:00 290 0

Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan SADƏ ÜSUL

Alimlərin fikrinə görə, görə görmə problemlərinin əsas səbəblərindən biri görmə aparatının həddindən artıq yüklənməsidir.

Müasir insanların gözləri olduqca çox yüklənir ki, bu da bütün dünyada ildən ilə görmə problemlərinin artmasına gətirib çıxardır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, keçmiş əsrin əvvəllərində amerikalı həkim-oftalmoloq Uilyam Beyts gözlərin dincəlməsi və gərginliyin azaldılması üçün çox sadə üsul təqdim edib.

Bu sadə və effektli metodikanın əsasında qədim Şərq müalicə metodları, yoqların meditasiya üsulları durur.

Bütün dünyada bu metod "palminq" kimi tanınır.

Bunun üçün masa arxasında oturub dirsəkləri masaya qoymaq və gözləri ovucları ilə bağlamaq lazımdır (şəkildə göstərildiyi kimi).