Bielsa yüksək məbləğdə təzminat tələb edir


İdman 30 Noy 2017 21:15:00 300 0

Bielsa yüksək məbləğdə təzminat tələb edir

"Lille" klubunun rəhbərliyi tərəfindən baş məşqçi postundan uzaqlaşdırılan Marselo Bielsa kifayət qədər yüksək təzminat tələb edir. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis müqavilənin pozulmasına görə özünə və köməkçilərinə 9.5 milyon avro ödənilməsini istəyir.

Mediada yayılan məlumata əsasən Bielsa qarın xərçəngindən əziyyət çəkən dostu Luis Maria Bonini ilə görüşmək üçün Çiliyə ghetdiyindən "Lille" prezidentinin qəzəbinə səbəb olmuşdu. Bonini ötən həftə vəfat edib. Bielsa Çilidən qayıdandan sonra əşyalarını toplamaq üçün klubun bazasına yollanmış, amma içəri buraxılmamışdı.